"Hagibis" qasırğasının qurbanlarının sayı 18 nəfərə çatıb - VİDEO

13 Oktyabr 2019 11:23

Yaponiyadan keçən "Hagibis" qasırğasının qurbanlarının sayı 18 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin ictimai televiziyası bildirib.

Daha 13 nəfərin itkin düşdüyü və təxminən 150 nəfərin müxtəlif dərəcədə yaralandığı bildirilir.

Yaponiyada axtarış-xilasetmə əməliyyatları və tayfunun fəsadlarını aradan qaldırmaq üçün işlər davam edir.

Milli.Az