Yığmamız Çexiyaya uduzdu

12 Oktyabr 2019 22:41

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Çexiyanın Opava şəhhərində keçirilən görüşdə millimiz 0:4 hesabı ilə məğlub olub.

U-19 qrupun son oyununda oktyabrın 15-də San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə uduzub.

12 oktyabr

Avropa çempionatı, seçmə mərhələ

20:00 Azərbaycan - Çexiya - 0:4
Baş hakim: Alan Mario Sant  (Malta)

Milli.Az