"Sabah da həyəcanlı olmayacam” - Emil Balayev

12 Oktyabr 2019 22:37

"Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin qapıçısı Emil Balayev Avro-2020-nin seçmə mərhələsində Macarıstanla matç öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Xorvatiya ilə Bakıda keçirdikləri oyunda millidə debüt etdiyini xatırladıb: "İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam".

Milli.Az