"Qarabağ" "Sumqayıt"la heç-heçə etdi

12 Oktyabr 2019 22:29

Topaz Premyer Liqa təmsilçiləri "Qarabağ" və "Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək öz aralarında yoxlama görüşü keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Azersun Arena"da keçirilən və hər hissəsi 35 dəqiqə olan matç 1:1 hesabı ilə başa çatıb.

"Qarabağ" - "Sumqayıt" - 1:1
Qollar: İlqar Qurbanov, 24 (0:1), Maqaye Geye, 30 (1:1)

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 7 turdan sonra 21 xalla 1-ci, "Sumqayıt" 7 xalla 6-cı pillədə qərarlaşıb.

Milli.Az