Türkiyə millisində ciddi itki

12 Oktyabr 2019 19:26

Avro-2020-nin seçmə mərhələsində Albaniya ilə matçda (1:0) zədələnən Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğlunun son durumu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən 39 yaşlı yarımmüdafiəçinin sol qabırğasında qırıq aşkarlanıb.

Bu səbəbdən onun Fransa ilə matçda oynamayacağı bildirilib.

Milli.Az