Edin Dzeko əməliyyat olundu

12 Oktyabr 2019 18:58

"Roma" ciddi itki ilə üzləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, İtaliya A seriyasının 7-ci turunda "Kalyari" ilə görşdə paytaxt klubunun hücumçusu Edin Dzeko zədələnib.

Bosniyalı forvardın üz sümüyünün sındığı məlum olub. Bu səbəbdən 33 yaşlı oyunçu əməliyyat olunub. Dzekonun təxminən 3 həftə komandadan ayrı qalacağı bildirilib.

Milli.Az