Atlı faytonlara alternativ olaraq elektrikli fayton düzəldildi

13 Oktyabr 2019 22:25

Atların gördüyü əziyyətə həll təqdim etmək istəyən bir firma, elektrikli faytonunu tanıtdı. Tanıdılan elektrikli fayton, ətrafa həssas olmasının yanında atlı faytonların daşıdığı bütün xüsusiyyətləri də daşıyır.

Atlı faytonların iş məntiqi ilə eyni olan fayton, elektrikli bir vasitə ilə çəkilir və arxasında da sərnişinləri daşıyan fayton var.

60 km-ə qədər mənzili olan bu vasitə, saatda 80 km sürətə çata bilir və eyni anda dörd adamı daşıya bilir. İstehsalçı firma, bu vasitə ilə birlikdə fayton probleminə alternativ bir həll gətirdiklərini ifadə edir.

Vasitənin içindəki aksesuarlarından rənginə qədər hər şeyi ilə bir fayton havası verir, olduqca səssiz işləyir və ətrafa həssasdır.

Atlı faytonların bütün xüsusiyyətlərini daşıdığı deyilən elektrikli faytonun, tələb gəlməsi halında ardıcıl istehsala alınacağı ifadə edilir.

Çıxarılan fayton haqqında şərhlərdə edən mütəxəssislər, bu fayton üçün 3 ildir işlərin davam etdiyini bildirdilər.

Milli.Az