“Qarabağ”ın rəqibi Almaniya klubuna uduzdu

12 Oktyabr 2019 14:29

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburqun "Düdelanj" klubu yoxlama oyunu keçirib.

Milli.Az sportlife.az-a istinadən xəbər verir ki, sözügedən komanda Almaniya üçüncü liqasında mübarizə aparan "Kayzerslautern"lə qarşılaşıb.

Lüksemburq təmsilçisi bu oyunda 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasındakı ilk oyun oktyabrın 3-də Lüksemburqda baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.

Milli.Az