Useyn Bolt gecə klubunda başlayan davanın iştirakçısı oldu - FOTO

12 Oktyabr 2019 14:24

Qısa məsafəyə qaçış üzrə səkkizqat Olimpiya çempionu, yamaykalı Useyn Bolt Londondakı gecə klublarından birində kütləvi davanın iştirakçılarından olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Toy Room" klubunda yaşanan davada Bolt və onun beş dostu iştirak edib.

Onlar Şərqi Avropadan olan yeddi nəfərlə dalaşıb. Daha sonra dava küçədə davam etdirilib. Boltun özü aktiv şəkildə dalaşanlardan olmayıb. O, yalnız hər iki tərəfi sakitləşdirməyə çalışıb. Şahidlərin deməyinə görə, əlbəyaxa dava olsa da, ciddi xəsarət alan olmayıb. Saat 3-də polisin gəlməsindən sonra dava dayanıb.

Qeyd edək ki, 33 yaşlı Useyn Bolt Olimpiadadakı uğurlarından başqa, 11 dəfə dünya çempionatının qızıl medalını qazanıb. 2017-ci ildə karyerasını bitirənədək o, səkkiz dünya rekordu qırıb. Hazırda 100 və 200 metr məsafələrə qaçışda ən yaxşı göstərici ona məxsusdur.

Milli.Az