Kişi azyaşlı qohumuna təcavüz etdi - Gədəbəydə şok olay

12 Oktyabr 2019 13:14

Gədəbəy rayonunda on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini Pərviz Əliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Pərviz Əliyev qohumu Səidə Məmmədovaya (ad və soyad şərtidir - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Pərviz Əliyev barəsində cinayət işi baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Marif Kazımovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Milli.Az