Əmrə ilə bağlı istintaq başa çatdı - FETÖ ilə əlaqəsi olmayıb

12 Oktyabr 2019 12:54

Fətullahçı Terror Təşkilatının (FETÖ) futbol şəbəkəsi istintaqı çərçivəsində dindirilən "Fənərbağça"nın oyunçusu Əmrə Belözoğlu haqda yekun qərar açıqlanıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaqda məşhur futbolçunun FETÖ ilə işbirliyində olmadığı açıqlanıb.

Şübhəli şəxs qismində istintaqa cəlb olunan Əmrə Belözoğlunun FETÖ-nün şifrələnmiş rabitə proqramı "ByLock" istifadəçisi olmadığı, bankda FETÖ tərəfindən köçürülən pulunun olmadığı və təşkilatla heç bir əlaqə saxlamadığı məlum olub.

Milli.Az