5 badam, 1 alma - Arıqladan kokteyl

12 Oktyabr 2019 15:39

Artıq çəkidən qurtulmaq üçün öncə maddələr mübadiləsini sürətləndirmək lazımdır. Bunun üçün bir çox çaylar, qarışımlar mövcuddur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sizə həm dadlı, həm də arıqlamanıza yardımçı olacaq kokteyl reseptini təqdim edir.

5 ədəd badam ləpəsi, 1 ədəd yaşıl alma, yarım fincan qatıq və ya şəkərsiz, azyağlı yoğurt, 1 çay qaşığı darçın tozunu blendrdən keçirib için. Bu kokteyli qəlyanaltı kimi içə bilərsiniz.

Milli.Az