Göygöl rayon sakini həmyerlisini bıçaqladı

11 Oktyabr 2019 17:14

Göygöl rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Kazım Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Nural Əliyevin icraatında verilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında rayonun Çaykənd kəndində baş verib. 56 yaşlı Kərimov Əlirza Bahadur oğlu ilə həmkəndlisi Məhərrəmov Kazım Həmid oğlu arasında mübahisə baş verib. Mübahisə zamanı K.Məhərrəmov həmkəndlisi Ə.Kərimovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Kazım Məhərrəmov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. 

Milli.Az