MSK sədri: "Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinin marağındayıq"

11 Oktyabr 2019 14:42

Mərkəzi Seçki Komissiyası olaraq, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin iştirak etməsinin marağındayıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinə, adətən beynəlxalq müşahidəçilər az dəvət olunur: "Bələdiyyə seçkilərinə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi adlanan bir qurumun nümayəndələri gəlirlər. Biz həm də MSK tərəfindən Avropadakı həmkarlarımızı dəvət edirik ki, onlar gəlib buradakı seçkiləri müşahidə etsinlər.

Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun".

Milli.Az