Azərbaycan Beynəlxalq Bankı yeni kart məhsulu olan Tamkartı təqdim etdi!

11 Oktyabr 2019 13:40

Azərbaycan Beynəlxalq Bankı müştərilərin arzularını tamamlayan çoxfunksiyalı Tamkart məhsulunu təqdim edib. Oktyabrın 10-da "Fairmont Baku" otelində bank menecmentinin, tərəfdaşların, müştərilərin, media nümayəndələrinin iştirakı ilə Tamkartın təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə məlumat verilib.

Tamkartın əsas özəlliyi onun özündə eyni anda iki kartı -  debet və kredit kartlarını birləşdirən dual kart olmasıdır. Tamkart sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış - veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta - həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkart əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İnnovativlik, müasir bankçılıq həllərinin tətbiqi, ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına dəstək bu gün bizim əsas strateji hədəflərimizdəndir. Son dövrlər bu sahədə bir sıra nailiyyətlərimiz olub. Tamkart məhsulunu müştərilərimizin istifadəsinə verməyimiz də bu nailiyyətlərin davamıdır. Ümid edirik ki, bu müştəriyönümlü məhsulumuzun üstünlüklərindən hər kəs faydalana biləcək".

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.