Beş min manatlıq qızıl oğurladı - FOTO

11 Oktyabr 2019 13:49

Zaqatala rayonunda ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilib. 

O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az