Energetika üzrə Avropa komissarı bu gün Bakıya gəlir
14 Aprel 2010 16:28
Avropa komissarının Bakıya birgünlük səfərinin əsas məqsədi "Cənub dəhlizi" energetika layihəsinin reallaşdırılmasının müzakirəsidir.
Avropa Komissiyasının Bakı ofisindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində aprelin 15-də Ottingerin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbərliyi ilə görüşü baş tutacaq. Avropa komissarı öz səfərini bp şirkətinin Səngəçaldakı terminalına baş çəkməklə başlayacaq.