Çində körpü uçub: ölənlər var

11 Oktyabr 2019 09:10

Çinin şərqindəki Tsyansu vilayətində körpü uçub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı üç nəfər ölüb, 2 nəfər yaralanıb.

Bildirilir ki, hadisə oktyabrın 10-da yerli vaxtla saat 18:10-da Usi şəhəri yaxınlığındakı yüksək sürətli yolun bir hissəsində baş verib.

Qəza zamanı körpünün altında üç nəqliyyat vasitəsi park edilib: onlardan birində heç kim olmayıb, digər iki avtomobildə olan üç nəfər həlak olub.

Milli.Az