Bakı-Dubay təyyarəsi İranda təcili eniş edib

11 Oktyabr 2019 07:00

Bakıdan Dubaya uçan "Flydubai" aviaşirkətinin sərnişin təyyarəsi İranın Şiraz şəhərinə təcili eniş edib.

Trend İRNA-ya istinadən xəbər verir ki, enişə səbəb hava layneri ilə bağlı texniki problemlər olub.

Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

Milli.Az