Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

10 Oktyabr 2019 22:22

Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakini Əsəd Vəliyev idarə etdiyi "VAZ-2114" markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az