Ağcabədidə qohumlar dava etdi, dayıoğlu bibioğlunu ürəyindən bıçaqladı

10 Oktyabr 2019 20:11

Ağcabədi rayonunda qohumlar arasında bıçaqlaşma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun mərkəzində baş verib.

Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Məhərrəmov Ruslan Tofiq oğlu doğma bibisi oğlu, 1999-cu il təvəllüdlü Quliyev Əli Ənvər oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə R.Məhərrəmov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ə.Quliyevi ürəyindən bıçaqlayıb.

Ə.Quliyev təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Milli.Az