Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi - FOTO

10 Oktyabr 2019 19:54

"Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Üsamə bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Əsiri öldürülüb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İbrahim əl-Əsirinin iki il əvvəl Yəməndə ABŞ istehsalı olan pilotsuz uçuş aparatı ilə edilən hücumda öldürüldüyünü təsdiqləyib.

Üsamə bin Ladenin 2011-ci ildə öldürülməsindən sonra dünyanın ən təhlükəli terrorçusu sayılan İbrahim əl-Əsiri partlayıcı maddələrin hazırlanması üzrə peşəkar olması ilə tanınırdı. O, istehsal etdiyi "alt paltarı bombası" ilə ABŞ-a məxsus bir sərnişin təyyarəsini 2009-cu ildə partlaştmaq istəmişdi. Üzərində bomba olan gəncin tələsik davranması səbəbiylə plan baş tutmamışdı.

Milli.Az