Bakıda bütün səkilərə görmə məhdudiyyətli şəxslər üçün taktil plitələr döşənəcək

10 Oktyabr 2019 19:47

Bakıda bütün səkilərə görmə məhdudiyyətli sakinlərin rahat hərəkətinin təmin olunması üçün taktil plitələr döşənəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu tədbirlər həm zəif görən, həm də gözdən əlil sakinlərin rahat hərəkətinin təmin olunması üçün görülür.

Mətbuat katibi bildirib ki, hazırda Puşkin küçəsinin səkilərində taktil plitələr quraşdırılır.

Milli.Az