Suriyanın bu rayonu qismən Türkiyənin nəzarətinə keçdi

10 Oktyabr 2019 18:37

Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Türkiyə ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.

Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

Milli.Az