Neftçilər prospektindəki beton maneələr kənarlaşdırılır

10 Oktyabr 2019 18:17

Bu gün Neftçilər prospektində yol ayrıcında yerləşdirilmiş beton maneələrin kənarlaşdırılması, kənarlaşdırılan hissədə asfalt-beton örtüyünün bərpası işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Milli.Az