Nikol “Sorosun uşağı”nı Saakyanın yerinə gətirir

10 Oktyabr 2019 20:04

Qondarma Qarabağ rejimində 2020-ci ildə baş tutacaq "prezident seçkisin"də "xarici işlər naziri" Masis Mailyan iştirak edəcəyini artıq təsdiqləyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hazırda Paşinyanın qondarma rejimin keçmiş "baş naziri" Araik Arutyunyana simpatiyası olmasına rəğmən, İrəvan üçün indiki dönəmdə əsas favorit Masis Mailyan sayılır:

"Masis Mailyan Ermənistan hökumətinin bir qanadının favoritinə çevrilib. Belə ki, hakim komandanın bir çox deputatı və hətta vətəndaş sektorundan vəzifəyə gələnlər Mailyanla birgə Soros Fondundan pul alan təşkilatda olublar".

Milli.Az