Bakıda qız özünü 8-ci mərtəbədən atıb öldü

10 Oktyabr 2019 19:09

Bakıda 26 yaşlı qız intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 9-u gecə saat 04 radələrində baş verib. Şabran rayon sakini olan 1993-cü il təvəllüdlü Aysel Talıblı Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən 14 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin məlumata görə, A.Talıblının intihar etdiyi ev özünün yaşadığı mənzil olmayıb.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az