Sevda plastik əməliyyat etdirib?

10 Oktyabr 2019 17:14

Müğənni Sevda Yahyayeva plastik əməliyyat etdirməsi ilə bağlı iddialara cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqramda canlı yayımda izləyicilərinin suallarına münasibət bildirib. O deyib ki, idman sayəsində formada qalıb:

"Hər şey özümündür: burnum, dodağım, dişlərim, yanaqlarım. Hələ heç bir müdaxilə etdirməmişəm. İdmanla məşğul oluram. Axşamlar isə dəniz kənarında gəzirəm".

Milli.Az