Azərbaycan Beynəlxalq Bankında dəmiryolu işçiləri üçün kredit kampaniyası

10 Oktyabr 2019 15:45

Azərbaycan Beynəlxalq Bankı 13 oktyabr Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə dəmiryolçulara özəl kredit kampaniyasına start verib. Bankın əmək haqqı kartına malik hər bir dəmiryolu işçisi oktyabrın 10-dan 17-ə qədər davam edəcək kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından endirimli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 48 ayadək

•  İllik faiz dərəcəsi - 18%-dən başlayaraq

•  Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ

•  Komissiyasız

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın IBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının "28 Mall" və "Gənclik Mall" alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.