Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb

10 Oktyabr 2019 17:29

Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb.

Milli.Az