Yaponiya hökuməti ekoloji təmiz texnologiyalar üçün 280 milyard dollar ayıracaq

11 Oktyabr 2019 07:07

Yaponiyanın Baş Naziri Şinzo Abe parnik qəzalarının qarşısının alınması məqsədilə texnologiyaların hazırlanmasının zəruriliyini bildirib. Qeyd edib ki, Yaponiya hökuməti və özəl sektor qarşıdakı 10 ildə bu məqsədlə 30 trilyon yen (təqribən 280 milyard dollar) investisiya ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyanın Baş Naziri bu bəyanatla oktyabrın 10-da Tokioda bütün dünyadan gəlmiş sənaye və maliyyə liderlərinin toplantısı zamanı çıxış edib. O qeyd edib ki, karbon qazının daha az atıldığı cəmiyyətin formalaşması təxirəsalınmaz vəzifədir. Deyib ki, Yaponiya G20 ölkələrinin tədqiqat institutlarının 120 mindən çox mütəxəssisinin biliklərini birləşdirməyə dəstək verməyə hazırdır. O əlavə edib ki, Yaponiya hökuməti gələn il təmiz enerji üzrə beynəlxalq mərkəzin yaradılmasını planlaşdırır.

Milli.Az