"Fənərbağça" Özili transfer edir

10 Oktyabr 2019 15:55

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fənərbağça" ulduz futbolçunun xidmətində maraqlıdır.

"Kanarya" artıq qış fasiləsində Almaniya millisinin sabiq üzvünün keçidini həll etmək istəyir. İstanbul nəhəngi 30 yaşlı orta sahə oyunçusunun icarəyə götürülməsi üçün "topçular"la danışığa başlayıb.

Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda iştirak edən futbolçu özü də ayrılmaqda qərarlıdır.

Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Milli.Az