Son 10 ildə yarım milyon İtaliya vətəndaşı ölkəni tərk edib

11 Oktyabr 2019 06:30

Son 10 ildə yarım milyonadək İtaliya vətəndaşı ölkəni tərk edib. Onlardan yarısının 15-34 yaş aralığında olduğu bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat ölkənin "Leone Moressa" təhsil fondunun təqdim etdiyi hesabatda yer alıb.

250 min gənc vətəndaşın ölkəni tərk etməsindən iqtisadiyyata 16 milyard avro ziyan dəydiyi qeyd edilir.

Milli.Az