"Canları çıxır, paxıllıq onların evini yıxır" - Niyam adlar çəkdi - VİDEO

10 Oktyabr 2019 15:00

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Niyam Salami olub.

Milli.Az bildirir ki, ifaçı həmkarlarının bir-birilərinin işini dəyərləndirməməsindən gileylənib:

"Müğənnilər var ki, onların işlərini işıqlandırmaq lazımdır. Bayağı mahnıları özümüz şişirdirik. Canları çıxır, paxıllıq onların evini yıxır. Kimin yaxşı işini eşidirəmsə, deyəcəm. Məni görəndə qardaş deyirlər, amma hansı biri mənim adımı çəkir? Bir-birilərini gözləri götürmür. Adlarını da çəkərəm. Bütün müğənnilər, məsələn, Zamiq Hüseynov, Ayaz Qasımov".

Milli.Az