UEFA millimizin oyununu niderlandlı hakimlərə tapşırdı

10 Oktyabr 2019 14:51

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Macarıstan - Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş niderlandlı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zülen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.

Qeyd edək ki, oyun oktyabrın 13-də Budapeştdə keçiriləcək.

Milli.Az