Ramiz Rövşən Nanəyə hədiyyə etdiyi kitaba bu sözləri yazıb - FOTO

10 Oktyabr 2019 14:33

Xalq şairi Ramiz Rövşən ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sonda o, verilişin aparıcısı Nanə Ağamalıyevaya öz kitabını hədiyyə edib. Şair kitabın içində ürək sözlərini də yazmağı unutmayıb.

Bu barədə məlumatı teleaparıcı özü verib. O, bu görüşdən çəkilən fotolarını "İnstagram" səhifəsində paylaşıb.

"Bu gün çox özəl gün idi. Ramiz Rövşən dünyasından doymadıq. Allah sizi qorusun Ramiz müəllim! Sizi sevirik!!"
Sözügedən fotoları təqdim edirik:

Milli.Az