Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

10 Oktyabr 2019 13:11

Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycana səfərinin yekunlarından danışan Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.

O, Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığı vurğulayıb:

"Bildiyiniz kimi, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional xarakter daşıyır".

G.Qaxariyanın sözlərinə görə, ölkələr arasında konkret addımlar planlaşdırılıb və noyabr ayında iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək:

"Bu komissiyanın iclası son 10 ildə keçirilməyib. Bu tədbir iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və təkmilləşməsi üçün fundamental və səmərəli vasitədir".

Milli.Az