Danimarkada "Azərbaycan" ansamblı yaradıldı - FOTO - VİDEO

10 Oktyabr 2019 12:07

Danimarkada Azərbaycan musiqilərini təbliğ etmək üçün "Azərbaycan" ansamblı fəaliyyətə başlayıb.

Bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

""Azərbaycan" ansamblı Danimarkada Azərbaycan musiqilərini təbliğ edən, Danimarka Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Hüseynova, ifaçı Mehrdad Zamani, qarmon ifaçısı Şəhriyar Səmimi tərəfindən yaradılıb. Məqsəd isə Danimarkalılara Azərbaycanın adını tanıtmaq və musiqlərimizi təbliğ etməkdir", - Eltürk bildirib.

Milli.Az