Petr Çex xokkey klubuna transfer oldu

10 Oktyabr 2019 11:05

Ötən mövsüm futbolçu karyerasını başa vuran Petr Çex buzüstü hokkey komandalarından olan "Quildford Foeniks"də çıxış edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. O, buzüstü hokkeyində də qapıçı olacaq və 33 nömrəli forma geyinəcək.

Xatırladaq ki, son olaraq "Arsenal"da oynayan P.Çex karyerası ərzində "Çelsi", "Renn" və "Sparta"nın şərəfini qoruyub.

Milli.Az