Səkkizinci nəsil VW Golf modelinin debüt tarixi açıqlanıb - FOTO

2 Noyabr 2019 22:30

Səkkizinci nəsil VW Golf modelinin təqdimat tarixi və məkanı açıqlanıb. Yeni model 24 oktyabr tarixində Canavarabadda (Volfsburq) təqdim ediləcək.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli "robot" ilə təchiz ediləcəkdirlər.

Milli.Az