Porsche Panamera 10 illik yubileyini qeyd edir - FOTO

2 Noyabr 2019 22:01

Porsche şirkəti Panamera modelinin 10 illik yubileyini xüsusi seriya ilə qeyd etmək qərarına gəlib. Porsche Panamera 10 Years Edition adlandırılmış liftbek digərlərindən White Gold Metallic rənginə malik olan 21-düymlük təkər diskləri ilə fərqlənir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobilin eksteryer və interyerində onun xüsusi 10 Years Edition seriyasından olduğunu xatırladacaq kifayət qədər emblemlər nəzərdə tutulub. Üstəlik, oturacaqlaa vurulmuş tikişlər də "ağ qızıl" rəngində

Panamera 10 Years Edition modelini alıcılar üçün daha cəlbedici etmək üçün avtomobilin avadanlıq siyahısı genişləndirilib. Belə ki, liftbek standart olaraq adaptiv pnevmoasqı, matrisa tipli LED və çoxsaylı elektron yardımçılar ilə təchiz edilir. Hibrid variantın yükləmə qurğusunun gücü 3,6-dan 7,2 kVt qədər artırılıb.

"Yubiley" modelinin təchizatına Bose premium səs sistemi, 14 istiqamətdə tənzimlənən və qızdırılan kreslolar və qapıların dartılaraq örtülməsi sistemi də daxildir.

Milli.Az