Ekvadorda onlarla məhbus həbsxanadan qaçdı

10 Oktyabr 2019 10:43

Ekvadorun Potovyexo şəhərində onlarla məhbus həbsxanadan qaçıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı ölkənin daxili işlər naziri Mariya Paula Romo açıqlama verib.

Nazirin sözlərinə görə, məhbusların qaçışı həbsxanadakı etirazların fonunda baş verib.

Qaçmış 50 nəfərin artıq saxlanıldığı qeyd edilib. Hazırda hüquq-mühafizə orqanları qaçması ehtimal edilən digər məhbusların olub-olmamasını araşdırır.

Milli.Az