Kalamarlar nəsillərini belə qoruyurlar - Alimlərdən YENİ ARAŞDIRMA - VİDEO

11 Oktyabr 2019 05:30

Norveç dalğıcları Şimal Buzlu okeanında maye ilə dolu qəribə bir torba tapıblar. Tədqiqatçılar bildiriblər ki, tapıntının içərisində 10-a yaxın kalamar yumurtası var.

Milli.Az xəbər verir ki, nəhəng sualtı köpük okeanın vəziyyətini araşdıran bir qrup elm adamı tərəfindən kəşf edilib.  Dalğıclar içərini daha yaxşı görmək üçün iri kürəyə yaxın üzərək, içərini fənərlə işıqlandırıblar.

Sən demə kürənin içərisində olan bu jeleyə bənzər maye, kalamarların yumurtalarını ətrafdakı təhlükələrdən qoruyur. Bu hadisə çox nadir rast gəlinən tapıntıdır.

Qeyd edək ki, tədqiqatçılar  bir neçə dəfə belə yumurta toplusuna rast gəliblər.

Bu hadisə hər dəfə onarda təəccübə səbəb olub. (ölkə.az)

Milli.Az