İran rusiyalı jurnalisti sərbəst buraxdı

10 Oktyabr 2019 09:33

İran höküməti oktyabrın əvvəlində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki sərbəst buraxıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, məlumatı Rusiyanın İrandakı səfirliyi təsdiqləyib. Onlar Yuzikin İrandan Moskvaya yola düşdüyünü bildirib.   

Diplomatik nümayəndəlik rusiyalının özünü yaxşı hiss etdiyini əlavə edib. 

Xatırladaq ki, jurnalist Yuliya Yuzik oktyabrın 2-də heç bir izahat olmadan saxlanılmışdı.

Milli.Az