Tramp hesab edir ki, ABŞ və Çinin razılaşma bağlamaq üçün "çox yaxşı şansları" var

10 Oktyabr 2019 07:55

ABŞ və Çinin yeni bir sövdələşməyə girmək üçün "çox yaxşı şansları" var. Bunu çərşənbə günü ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Tramp bunları açıqlayıb: "Çin məndən daha çox müqavilə bağlamaq istəyir. Mən çox məmnunam, indi tariflərdən milyardlarla dollar pul alırıq". Düzgün razılaşma etsək, Çin üçün də yaxşı olar." deyə o bildirib.

Milli.Az