Superliqa klubunda yeni baş məşqçi

10 Oktyabr 2019 08:38

Türkiyə Superliqa təmsilçisi "Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Samet Aybaba təyin edilib. O, istefa verən Hikmet Karamanı əvəzləyib. S.Aybaba ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Kayserispor" 6 turdan sonra 3 xalla 17-ci pillədə qərarlaşıb.

Milli.Az