"Qələbə qazanmağımız çox vacib idi" - Yurçeviç

10 Oktyabr 2019 08:18

"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir. Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra təşkil olunan brifinqdə deyib.

O, çox çətin hava şəraitində oynadıqlarını bildirib: "Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".

Milli.Az