Mehdiabad qəsəbəsində piyadanı avtomobil vurub

10 Oktyabr 2019 08:43

Abşeron rayonunda gənc oğlanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Ələkbərov İntiqam Üzeyir oğlu yolu keçərkən onu "Nissan" markalı avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Milli.Az