17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü

9 Oktyabr 2019 22:20

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, Havarlı kənd sakini, 2002-ci il təvəllüdlü Nurnazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az