Nazir: "Qazaxıstan gələcəkdə Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft nəql edə bilər"

9 Oktyabr 2019 19:14

Qazaxıstan hələlik "Kaşaqan", "Tengiz", "Karaçaqanaq" neft yataqlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması üçün kifayət qədər həcmə malik deyil, amma digər yataqlardan neft bu kəmərlə nəql oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra brifinqdə deyib.

Nazir bildirib ki, "Kaşaqan", "Tengiz", "Karaçaqanaq" yataqlarında hasilatın artırılacaq:

"2022-2023-cü illərdə biz "Tengiz" yatağından hasilatı ildə 12-13 milyon tona çatdırmağı planlaşdırırıq".

O əlavə edib ki, Qazaxıstanın digər yataqlarından neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli ildə 3-4 milyon tonadək çata bilər.

Milli.Az